Rusiya vətəndaşlığını almaq asanlaşdı - Putindən yeni qərar


Rusiya vətəndaşı ilə evlənən xaricilər üçün vətəndaşlıq almaq asanlaşdı.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qərara görə, ruslarla evlənən xaricilər 1 ildən sonra Rusiya hökumətinin vətəndaşlığını ala biləcəklər.

Uzun müddətdir müzakirə edilən qərarın rəsmiləşdirilməsi ilə Rusiya vətəndaşı ilə evlənənlərin bu ölkədə rahat yaşayacağı bildirilib.

Qeyd edək ki, əvvəlki qərarda xaricilər ən az 3 ildən sonra müraciət edə bilirdilər.

DİGƏR XƏBƏRLƏR

Top