Putin: İnsanları problemləri ilə tək başına buraxa bilməzsiniz - VİDEO


Rusiyada sel daşqınından əziyyət çəkən sakinlər evlərinə qayıdır.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin daşqından əziyyət çəkən insanlara edilən yardımla maraqlanıb.

Prezident mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, təbii fəlakətdən əziyyət çəkən hər kəs dövlətdən yardım almaq hüququna malikdir: "Heç bir vətəndaşı problemləri ilə təkbaşına buraxmaq olmaq. Zərərçəkmiş insanlara gecikmə olmadan pulları təcili ödənməlidir. İnsanlara yardım almaq üçün hara müraciət etməli olduqları məlumat verilməlidir. Təəssüflər olsun ki, insanlar hələ də kobudluq və rəsmiliklə qarşılaşa bilirlər. Bu bizim bürokratiyamızın mənfi cəhətləridir. Buradan bütün məmurlara səslənirəm tabeliyinizdə olan işçilərə düzgün təlimat verin. 


DİGƏR XƏBƏRLƏR

Top