Prezident 13,4 milyon manat ayırdı - SƏRƏNCAM


Qubada avtomobil yolunun tikintisi üçün 13.4 milyon manat ayrılıb

Yeniavaz.com xəbər verir ki, prezident İlham Əliyev Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
1. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon (on üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

DİGƏR XƏBƏRLƏR

Top