Bu şəxslərin maddi təminatı yaxşılaşdırılır - qanuna dəyişiklik edildi

Dövlət yol polislərinin maddi təminatı yaxşılaşdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürüləcək.
Qeyd edək ki, indiyə qədər  əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 25 faizi bu məqsədlə xərclənib.
Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top