Dövlət Bağçalı xəstəxanaya yerləşdirildi


Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Başkənt xəsatəxanasına yerləşdirilən D. Bağçalının vəziyyəti barədə Partiyanın sədr müavini Semih Yalçın məlumat verib.
D. Bağçalının səhəti haqqında sosial şəbəkələrdə yayılan məlumatların əsassız olduğunu bildirən S. Yalçın deyib: “Beyninə qan sızmayıb və ürəyi ilə bağlı heç bir problemi yoxdur. Səhəti çox yaxşı vəziyyətdədir. Hazırda şüuru özündədir və danışa bilir. İstirahət edir. Yaxın vaxt ərzində baş həkim daha ətraflı açıqlama verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top