İllər sonra Misir prezidentinə qarşı çıxan biznesmen kimdir?


Misir prezidenti Sisi əleyhinə çıxdığı üçün İspaniyaya sürgün edilmiş işadamı Muhamməd Əli Misirdə hökumətə qarşı mitinq təşkil edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Misirdə 6 ildən sonra ilk dəfə hökumətə qarşı çıxan insanlar küçələrə axışıb. Mitinqin təşkilində ən təsirli şəxsin, hazırda İspaniyada yaşayan Misir vətəndaşı Muhamməd Əli olduğu bildirilib. 41 yaşlı biznesmen sonrakı mitinqin daha böyük olacağını söləyib. Feysbukda paylaşdığı Sisi hökumətini milyonlarla dollarlıq korrupsiya ilə günahlandırdığı videodan sonra Muhamməd Əli Misirdə tanınmış şəxsə çevrilib. Onun təqdim etdiyi video Feysbukda 1,7 milyon nəfər tərəfindən izlənib. Muhamməd Əli sosial şəbəkə vasitəsilə 30 milyon vətəndaşın dəstəyini istəyib. Cümə günü təşkil ediləcək mitinqdə 30 milyon insanı hökumətə qarşı çıxara biləcəyi təqdirdə Sisinin istefa verməli olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top