Türkiyədə ölən gənc jurnalist Gəncədə torpağa tapşırıldı - FOTO

Türkiyədə bir müddət müalicədə olan gənc jurnalist Cavid Abbasov bu gün Gəncə şəhərində İmamzadə qəbristanlığında torpağa tapşırılıb.
Yeniavaz.com
xəbər verir ki, mərhumla vida mərasimi Gəncənin Gülüstan qəsəbəsində keçirilib. Mərhumun dəfn mərasimində yaxınları, dostları və tələbə yoldaşları iştirak edib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakuktəsinin məzunu olan C.Abbasov gənc yazar kimi də tanınırdı. Mərhum Türkiyənin paytaxtı Ankara şəhərinin Gülhanə xəstəxanasında qan xərçəngi xəstəliyinə qarşı müalicə alırdı.

DİGƏR XƏBƏRLƏR

Top