Region ölkələrində mənzillərin 1 kv. metri neçəyə satılır? - TAM SİYAHI


Aərbaycanda şəhərlərin mərkəzi hissələrində satılan mənzillərin 1 kvadrat metrinin orta qiyməti 1 400 dollar (2 380 manat), şəhərlərin kənar məhəllələrində satılan mənzillərin 1 kvadrat metrinin orta qiyməti 695 dollar (1 180 manat) təşkil edir.
Yeniavaz.com dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını açıqlayan nüfuzlu "numbeo" portalına istinadən bildirir ki, şəhər mərkəzlərindəki mənzillərin bahalığına görə Azərbaycan region ölkələri arasında 3-cü, şəhər kənarlarındakı mənzillərin bahalığına görə region ölkələri arasında 6-cı sırada qərarlaşıb.
Ən bahalı mənzillər İranda, ən ucuz mənzillər isə Gürcüstanda satılır. 
Region ölkələrində şəhərlərin mərkəzi və kənar məhəllələrində mənzillərin 1 kvadrat metrinin orta qiyməti aşağıdakı kimi olub.
Ölkələr Şəhər mərkəzlərində
(1 kv.metr)
Şəhər
kənarlarında
(1 kv.metr)
İran 2 150 $ 1 175 $
Belarus  1 520 $ 1 107 $
Azərbaycan 1 400 $ 695 $
Ermənistan 1 350 $ 698 $
Rusiya 1 315 $ 915 $
Ukrayna 1 200 $ 638 $
Qazaxıstan 1 005 $ 673 $
Türkiyə 973 $ 564 $
Moldova 933 $ 612 $
Gürcüstan 905 $ 483 $
 
 

DİGƏR XƏBƏRLƏR

Top