Tbilisidə etirazçılar hökumətə "qırmızı kart" göstəriblər


Gürcüstanın paytaxtı Tbilisidə paralel olaraq iki aksiya keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyalardan biri parlament binasının qarşısında Tbilisidə iyunun 20-21-də baş verən hadisələrdən üç ay ötməsi ilə bağlı təşkil olunub.

Digər aksiya Gürcüstan prezidentinin sarayı qarşısında keçirilir. Müxalif Vahid Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə baş tutan aksiyada dövlət başçısının qatilləri əfv etməsinə etiraz bildirilir.

Partiya liderlərindən biri Zaal Udumaşvili prezidentin addımlarının utancverici olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısı qatilləri əfv etməsinə heç aydınlıq belə gətirməyib.

Müxalifətçi qeyd edib ki, prezidentin bəyanatları xaricdə bir sıra qalmaqallar yaradıb və onun qatilləri əfv etməsi yeni qalmaqala səbəb olub.

Parlamentin binası qarşısında aksiya iştirakçıları əllərində "qırmızı kartlar" tutublar.

Onlar bu yolla hökumətin əleyhinə olduqlarını ifadə ediblər.

Aksiya təşkilatçıları bildiriblər ki, onlar "qırmızı kartlar"la Bidzina İvanişvilinin idarəçiliyinə son qoyulmasını tələb edirlər.//Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top