Məhkəmə Koçaryanı azadlığa buraxmaqdan imtina edib

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə “aysor.am” məlumat yayıb. 
Məhkəmə girov müqabilində azadlığa buraxılma ilə bağlı sabiq prezidentin vəkillərinin vəsatətini təmin etməyib. 
Qeyd edək ki, sentyabrın 7-də R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət ediblər. Yerevan məhkəməsi sabiq prezidenti həbsdə saxlayıb. 
Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top