Corc Sorosun Ermənistan hakimiyyətindəki adamı kimdir? - FOTOLAR


Ermənistanın paytaxtı İrəvanda Amerikalı maliyyəçi və "Açıq Cəmiyyət" Fondunun qurucusu Corc Sorosa heykəl qoyulub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Corc Sorosun heykəli "Açıq Cəmiyyət" Fondunun qarşısında qoyulub.
Maraqlıdır ki, heykəli Fondun qarşısına Corc  Sorosun tərəfdarları deyil, əleyhdarları qoyub.
"Veto" adlı təşkilatın üzvləri tərəfindən hazırlanan heykəldə Corc Soros əlində pul dolu çanta ilə təsvir olunub. Təşkilatın rəhbəri  Narek Malyan deyib ki,  Soros dövlətimizi və dövlətçiliyimizi məhv etmək üçün bu çantadan erməni fəallara qrant paylayır.
"Veto" adlı təşkilatın sədri deyib ki, hazırda "Soros Fondu"nun fəalları hakimiyyətdəki adamlarını -  ədliyyə naziri Rüstəm Badasyanı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin etdirməyə çalışırlar.


 

DİGƏR XƏBƏRLƏR

Top