"Beşiktaş" və "Başakşehir" hərəyə 4 top buraxıb - Avropa Liqasında ilk turun NƏTİCƏLƏRİ - VİDEO


Avropa Liqasında qrup mərhələsinin I turunun oyunları keçirilib.

Baş tutan 24 qarşılaşma ilə əsas raund start götürüb.

Azərbaycan təmsilçisi “Qarabağ” İspaniya “Sevilya”sı ilə matçda darmadağın olub – 0:3. A qrupunun digər matçında “Düdelanj” Kiprdə APOEL-i 4:3 hesabı ilə yenib.

Türkiyənin üç klubu da qrupda mübarizəyə başlayıb. “Trabzonspor” İspaniyada “Xetafe”nin qonağı olub. Meydan sahibləri minimal hesabla qalib gəliblər.

“Beşiktaş” isə Slovakiyada “Slovan”la görüşüb. İstanbullular səfərdən xalsız ayrılıblar – 2:4.

“Başakşəhər” İtaliyada “Roma” ilə üz-üzə gəlib. “Canavarlar” rəqibini 4 cavabsız qolla darmadağın edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 3-də keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr

A qrupu
20:55. APOEL (Kipr) – “Düdelanj” (Lüksemburq) – 3:4
Pavloviç, 54, 58, De Vinsenti, 56 (pen.) – Sinani, 36, 82, Bernye, 51, Ştolz, 72
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) – 0:3
Ernandes, 62, Munir, 78, Torres, 85

B qrupu
20:55. “Kopenhagen” (Danimarka) – “Luqano” (İsveçrə) – 1:0
Santos, 50
20:55. “Dinamo” (K, Ukrayna) – “Malmö” (İsveç) – 1:0
Buyalski, 84

C qrupu
20:55. “Bazel” (İsveçrə) – “Krasnodar” (Rusiya) – 5:0
Bua, 9, 40, Zuffi, 52, Vilhena, 54 (avtoqol), Okafor, 79
20:55. “Xetafe” (İspaniya) – “Trabzonspor” (Türkiyə) – 1:0
Anxel, 18

D qrupu
20:55. LASK (Avstriya) – “Rusenborq” (Norveç) – 1:0
Holland, 45
20:55. PSV (Hollandiya) – “Sportinq” (Portuqaliya) – 3:2
Malen, 19, Koates, 25 (avtoqol), Baumqarti, 48 – Fernendes, 39 (pen.), Mendes, 62

E qrupu
20:55. ÇFR (Rumıniya) – “Latsio” (İtaliya) – 2:1
Deak, 41 (pen.), Omrani, 75 – Bastos, 25
20:55. “Renn” (Fransa) – “Seltik” (Şotlandiya) – 1:1
Nyanq, 38 (pen.) – Kristi, 59 (pen.)

F qrupu
20:55. “Standard” (Belçika) – “Vitoriya” (Portuqaliya) – 2:0
Hanin, 66 (avtoqol), Mpoku, 90
20:55. “Ayntraxt” (Almaniya) – “Arsenal” (İngiltərə) – 0:3
Uillok, 38, Saka, 85, Obameyanq, 88

G qrupu
23:00. “Reyncers” (Şotlandiya) – “Feyenoord” (Hollandiya) – 1:0
Oyo, 24
23:00. “Porto” (Portuqaliya) – “Yanq Boyz” (İsveçrə) – 2:1
Tiquinyo, 8, 24 – Nsame, 15

H qrupu
23:00. “Espanyol” (İspaniya) – “Ferensvaroş” (Macarıstan) – 1:1
Varqas, 60 – Lopes, 10 (avtoqol)
23:00. “Ludoqorets” (Bolqarıstan) – MOİK (Rusiya) – 5:1
Vanderson, 47, Lukoki, 50, Keseru, 52, 68, 73 – Divayev, 11

İ qrupu
23:00. “Volfsburq” (Almaniya) – “Aleksandriya” (Ukrayna) – 3:1
Arnold, 20, Mehmedi, 24, Brekalo, 68 – Banada, 67
23:00. “Gent” (Belçika) – “Sent-Etyenn” (Fransa) – 3:2
David, 2, 43, Perrin, 64 (avtoqol) – Hazri, 38, Kaminski, 74

J qrupu
23:00. “Borussiya” (M, Almaniya) – “Volfsberq” (Avstriya) – 0:4
Vaysman, 13, Laytleb, 31, 68, Ritsmayer, 41
23:00. “Roma” (İtaliya) – “Başakşəhər” (Türkiyə) – 4:0
Kaysara, 42 (avtoqol), Dzeko, 58, Zaniolo, 71, Klyuvert, 90

K qrupu
23:00. “Vulverhempton” (İngiltərə) – “Braqa” (Portuqaliya) – 0:1
Horta, 71
23:00. “Slovan” (Slovakiya) – “Beşiktaş” (Türkiyə) – 4:2
Şporar, 15, 58, Lyubiçiç, 90, Moha, 90+2 – Lyayiç, 29 (pen.), Bojikov, 45 (avtoqol)

L qrupu
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Astana” (Qazaxıstan) – 1:0
Qrinvud, 73
23:00. “Partizan” (Serbiya) – “Alkmaar” (Hollandiya) – 2:2
Natxo, 42 (pen.),  61 – Ştenqs, 12, Boadu, 67


APA
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top