Fuad Qəhrəmanlının qızı: "Profilim oğurlanmayıb, statusu özüm yazmışam" - VİDEO


Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı yazdığı statusu təsdiqləyib. 

Yeniavaz.com xəbər verir ki, Fuad Qəhrəmanlının qızı APA-ya açıqlamasında bildirib ki, profili oğurlanmayıb və məlum statusu özü yazıb: “Mən universitetdəyəm. Zənglər və açıqlamalar üçün vaxtım yoxdu. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.

Qeyd edək ki, Selcan Yağmur bu gün atasından imtina etməsi ilə bağlı status yazıb. Fuad Qəhrəmanlı isə qızının facebook profilinin oğurlandığını və yazılanların düzgün olmadığını bildirib. 

Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top