İngiltərə vətəndaşı Consonu tənqid etdi - VİDEO


İngiltərənin baş naziri Boris Conson xəstəxana ziyarətində bir vətəndaşın tənqidlərinə məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Boris Conson xəstələri ziyarət edərkən bir şəxs ona yaxınlaşaraq tənqid etməyə başlayıb. Kim olduğu bilinməyən həmin şəxs xəstəxanada vəziyyətin olduqca çətin olduğundan işçilərin azlığından danışıb. Söhbətin davamında həmin şəxs Consonu şou göstərməkdə günahlandırıb: "Bura gəlib mətbuata şou göstərirsən". Consonun "burada mətbuat əməkdaşları yoxdur" cavabından sonra vətəndaş daha da əsəbiləşərək: "Bəs bu çəkiliş edənlər kimdir, mətbuat katibin bəs burada nə edir?" deyə fikirlərini bildirib. Conson həmin görüntüləri "twitter" hesabından paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top