PSJ “Real”ı darmadağın etdi - GECƏNİN NƏTİCƏLƏRİ


Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün A, B, C və D qruplarındakı da ilk qarşılaşmalar baş tutub.
 
Günün ən diqqətçəkən oyunu Parisdə yerli PSJ ilə Madrid "Real"ı arasında baş tutub. Meydan sahibləri bu oyunda 3 xalı 3 qolla qazanıblar.
 
"Atletiko" - "Yuventus" qarşılaşmasına da maraq böyük idi. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.
 
 
UEFA Çempionlar Liqası
18 sentyabr
 
A qrupu
 
"Brügge" (Belçika) - "Qalatasaray" (Türkiyə) 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
 
PSJ (Fransa) - "Real" (İspaniya) 3:0
Qol: Di Mariya, 14; 33. Munye, 90+1.
Baş hakim: Entoni Teylor (İngiltərə).
 
B qrupu
 
"Olimpiakos" (Yunanıstan) - "Tottenhem" (İngiltərə) 2:2
Qol: Podense, 44. Valbuena, 54-pen – H.Keyn, 26-pen. Lukas, 30.
Baş hakim: Canluka Rokki (İtaliya).
 
"Bavariya" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) 3:0
Qol: Koman, 34. Levandovski, 80. Müller, 90+1.
Baş hakim: Robert Madden (Şotlandiya)
 
C qrupu
 
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Atalanta" (İtaliya) 4:0
Qol: Leovaç, 10. Orşiç, 31; 42; 68.
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
 
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə) 0:3
Qol: Mahrez, 24. İ.Gündoğan, 38. Qabriel, 76.
Baş hakim: Artur Manuel Ribeyro Soareş Dias (Portuqaliya)
 
D qrupu
 
"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya) 2:2
Qol: Saviç, 70. Herrera, 90 – Kuadrado, 48. Matuidi, 65.
Baş hakim: Danni Makkelie (Hollandiya)
 
"Bayer" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) 1:2
Qol: Hövedes, 25-öz qapısına – Krixovyak, 16. Barinov, 37.
Baş hakim: Pavel Raçkovski (Polşa)

//matc.az
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top