Elinanın direktoru: “Namaz əhliyəm, bunun o dünya söhbəti var”


Mən özümü ona görə qismən günahkar hesab etdim ki, məktəbdə belə bir hadisə baş veribsə niyə görməmişəm?

Yeniavaz.com xəbər verir ki, bunu məktəbli Elina Hacıyevanın işi üzrə məhkəmə prosesindən sonra keçmiş direktor Sevinc Abbasova mətbuata açıqlamasında deyib.
Cinayət işinin materialları ilən tanış olduğunu bildirən S. Abbasova deyib: “Proses başa çatandan sonra cinayət işinin 8 cilddən ibarət olan materiallarını mənə verdilər. Mən onlarla tanış oldum. Daha sonra şahid ifadələrinə, ekspertizanın rəyinə baxdım. Mən bu 5 ayda özümü öldürmüşəm, ağlamışam, vicdan əzabı çəkmişəm. Bu hadisələrə başqa cür yanaşıram. Mən namaz əhliyəm bunun o dünya söhbəti var. Baxdım gördüm ki yox burda tamamilə başqa təqsirləndirilən şəxslər var”.
Sevinc Abbasovanın açıqlamasının tam videosunu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top