İsrail əsgərləri fələstinli qadını öldürdü - VİDEO


İsrail hüquq mühafizə orqanları fələstinli bir qadını vurduqlarını açıqlayıb.
Yeniavaz.com tr.euronews.com-a istinadən xəbər verir ki, açıqlamada Qüdslə Ramallah arasında yerləşən Kalendi nəzarət məntəqəsində qadının əsgərlərə bıçaqla müqavimət göstərdiyinə görə vurulduğu bildirilib.
Fələstinli səlahiyyətli şəxslər, yaralanan qadının xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.
İsrail polis təşkilatının sözçüsü hadisə ilə bağlı sosial şəbəkə hesabında “Bir terrorist Kalendi nəzarət məntəqəsində bıçaqla əsgərlərə hücum edib” yazısını paylaşıb.
Hadisə ilə bağlı sosial şəbəkələrdə İsrail əsgərlərinin bir qadınla mübahisə etdiyi, silah səslərindən sonra qadının yerə yıxıldığı mənbəsi təsdiqlənməyən görüntülər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top