"Azərişıq"a məxsus maşın aşdı - 2 ölü, 2 yaralı

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə Zahid Qurbanov və Namiq Rüstəmov dünyasını dəyişiblər. Daha iki nəfər isə yaralanıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir. 
Faktla bağlı araşdırmalar davam etdirilir.  

DİGƏR XƏBƏRLƏR

Top