Ermənistan Polisinin rəisi istefa etdi


Ermənsitan Polisinin rəisi Valeri Osipyan tutduğu vəzifədən istefa etdiyini bildirib.
Yeniavaz.com
interfax.ru-ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra polis rəisi Valeri Osipyan istefa ərizəsini təqdim edib. Onun rəsmi şəkildə istefasının bu gün bildiriləcəyi gözlənilir. Mətbuatda yayılan xəbərlərdə,  Valeri OsipyanınTəhlükəsizlik Şurasında Paşinyanla mübahisədən sonra istefa qərarına gəldiyi söylənilir.

DİGƏR XƏBƏRLƏR

Top