Edvard Snouden: Vəzifəli şəxslər “WhatsApp”dan istifadə etməsin


ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edir. O, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, onun sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.
 
Müsahibədə radiostansiya jurnalisti qeyd edib ki, Fransa baş naziri Eduard Filipp digər nazirlərlə əlaqə qurmaq üçün “WhatsApp”dan istifadə edir, ölkə prezidenti Emmanuel Makron isə “Telegram”a üstünlük verir. “Bu proqramların hər ikisi SMS və ya digər şifrlənməmiş bildirişlərdən istifadədən daha yaxşıdır. Lakin onlardan baş nazirlərin istifadə etməsi çox təhlükəlidir”, – keçmiş agentlik əməkdaşı vurğulayıb.
 
O əlavə edib ki, “Facebook” şirkəti messencerə sahib çıxdıqdan sonra müxtəlif mühafizə səviyyələrini ləğv etməyə başlayıb.  
 
“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top