Robert Koçaryan: "...indi azərbaycanlılar Stepanakertdə çay içirdilər" - VİDEO


Xəbər verdiyimiz kimi, bu gün İrəvan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdə qalması ilə bağlı qərar qəbul edib. 
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, sentyabrın 12-də Koçaryanın vəkilləri eks-prezidentin girov qarşılığında  azadlığa buraxılması barədə məhkəməyə müraciət etsələr də məhkəmə bu müraciətə mənfi cavab verib.
Məlumat üçün bildirək ki, bu gün baş tutan məhkəmə iclasında Robert Köçəryan bildirib ki, mən qorxaq adam deyiləm: "Məni ona görə  azadlığa buraxmırsınız ki, istintaqdan yayınaram. Mən qaçıb gizlənəcək adam deyiləm. Əgər belə biri olsaydım, indi azərbaycanlılar Stepanakertdə (Xankəndi) çay içirdilər". 
Onu da bildirək ki, Robert Köçəryanın bu sözləri məhkəmə zalında oturan tərəfdarları tərəfindən alqışla qarşılanıb. 
Qeyd edək ki, Robert Koçaryan prezident olduğu dövürdə - 2008-ci il 1 mart tarixində seçkilərin nəticələrinə etiraz edən müxalifət təmsilçilərinə qarşı güc tətbiq edib və nəticədə 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət alıb.
Nikol Paşinyan ötən ilin may ayında hakimiyyətə gəldikdən sonra Koçaryan barəsində cinayət işi açılıb və ötən ilin iyulun sonunda həbs olunub. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişib.
Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət edib və Kassasiya Məhkəməsi dekabrın 7-də yenidən araşdırmaq üçün işi Apellyasiya Məhkəməsinə qaytarıb. Həmin gün Apellyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan yenidən həbs edilib.
Qeyd edək ki, Robert Koçaryan ikinci dəfə həbs olunduqdan qısa müddət sonra - ötən ilin dekabr ayının sonunda Putin onu "Yeni il" münasibətilə təbrik məktubu göndərib.
Bundan başqa Rusiya prezidenti Vladimir Putin Putin avqustun 31-də 65 yaşı tamam olan Ermənistanın sabiq prezidentinə məktub yazaraq təbrik edib. Putin ötən ilin avqust ayının 31-də də Koçaryana zəng edərək onun ad gününü təbrik edib.

 

DİGƏR XƏBƏRLƏR

Top