Dünya çempionatı: Mariya Stadnik finalda


Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib. 

Rəqib çinli Yanan Sun olub. Görüşün əvvəlində Stadnik Sunu döşəkdən kənara çıxarmaqla 1 xal alıb. O, fasiləyədək üstünlüyünü 2:0-a çatdırıb. Azərbaycan təmsilçisi ikinci hissənin əvvəlində daha 2 xal alıb. 

Rəqib sona doğru fərqi bərabərləşdirsə də, Stadnik daha bir xalla önə keçib. O, son saniyələrdə daha bir xal alaraq, 6:4 hesablı qələbə ilə finala yüksəlib. Sentyabrın 18-də keçiriləcək həlledici görüşdə rəqib rumıniyalı Emilia Alina Vuç olacaq.

12:28***
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan 2020 Tokio Olimpiadasına ilk vəsiqəni əldə edib.

Təmsilçimiz Mariya Stadnik nigeriyalı (10:0), hindistanlı (9:2) və rusiyalı idmançıları (11:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Onun yarımfinaldakı rəqibi çinli Yanan Sun olacaq. Bu görüş 16:00-dan sonra başlayacaq.

Qeyd edək ki, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Stadnik medal qazanmasa belə, artıq yarımfinala çıxmaqla olimpiadaya bu çəkidən vəsiqə qazanan altı idmançı arasına düşüb.

Onu da bildirək ki, olimpiya çəkisində yunan-Roma güləşçilərimizdən heç biri yarımfinala çıxmadığından, Mariya ilk vəsiqəni təmin edən idmançımız olub.(report)

DİGƏR XƏBƏRLƏR

Top