Səudiyyə Ərəbistanında 6 yeniyetmə edam edilib


Səudiyyə Ərəbistanında son illərdə edamla cəzalandırılan şəxslərin sayı artıb. Cenevrə şəhərində fəaliyyət göstərən "Death Penalty Project" (Edam Cəzası Layihəsi) adlı təşkilatın verdiyi məlumata əsasən təkcə bu il altısı uşaq olmaqla ölkədə 134 nəfər edam olunub.
Yeniavaz.com
xəbər verir ki, insan haqlarını müdafiə edən təşkilatlar rəsmi Riyadı insan hüquqlarını pozmaqda və edam cəzalarını "necə gəldi" verməkdə ittiham edir. Ölkədə edam cəzalarının tətbiqi üsulu da geniş mübahisələrə səbəb olur. Belə ki, belə cəzalar çarmıxa çəkilərək və boyunları vurularaq da yerinə yetirilir. Daha sonra meyit parçalarının küçələrdə sərgilənməsi isə vəziyyəti daha da anormallaşdırır.
Beynəlxalq hüquqa əsasən 18 yaşından kiçiklərin edam edilməsi qadağandır. Amma Səudiyyə Ərəbistanında təkcə bu il 6 yeniyetmə edam edilib. Aralarında 3 yeniyetmənin də olduğu 24 cinayətkarın isə yaxın günlərdə edam edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aprel ayında xalqın gözü önündə 37 nəfər birdən asılmışdı. Edam edilənlər arasında hökumətə qarşı keçirilən etiraz aksiyalarında iştirak etmiş 16 yaşlı yeniyetmə də var idi. Vəliəhd şahzadə Məhəmməd ibn Salman edam cəzalarının azaldılacağını vəd etsə də ötən il 149 nəfər bu üsulla cəzalandırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top