Hacıqabulda ağır qəza - sərnişinin ayaqları kəsildi


Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Qazax yolunun Hacıqabul rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator avtomobilinin “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində evakuatorda olan Gəncə şəhər sakini, 1980-cı il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır xəsarətlər alıb.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən sərnişinin hər iki qıçı amputasıya olunub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top