Gəncədə qonşuları tərəfindən döyülən bacılar və iki kişi xəstəxanalıq oldu

Gəncədə dörd nəfərin döyülməsi faktı qeydə alınıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin “Ət kombinatı” adlanan ərazisində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Lalə Nurəddin qızı, 1986-cı il təvəllüdlü Novruzov Rulan Şöhrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədova Maral Nurəddin qızı fiziki təzyiqə məruz qalıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Döyülənlərin vəziyyətinin normal olduğu bildirilir.

Zərərçəkmişlərin sözlərinə görə, onlar qonşuları tərəfindən döyülüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top