İstanbulda kafedə robotlar müştərilərə xidmət göstərir VİDEO


Türkiyənin İstanbul şəhərində yerləşən kafedə artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, hələ ki, sözügedən kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayını 2 dəfə artırmaq planlaşdırılır. Xarici ölkədən satın alınmış həmin robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb.
 
Robot-ofisiantlar masaların nömrələnməsini bilir, danışır və çox çalışqandırlar ki, bu da müştərilərin xoşuna gəlir. Bu, Türkiyədə kafelər üçün tamamilə yeni formatdır. İndi sözügedən kafe çox populyardır,  robotlar isə vizit kartına çevrilib.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top