Bakı şəhər Nəsimi rayonu Namiq Məlikov küçəsinin sakinlərinin Ceyhun Səlimov küçəsinə çıxan yolları artıq 7 ildir ki, yeni metro stansiyasının tikintisi ilə əlaqədar bağlıdır.
Yeniavaz.com xəbər verir ki, sakinlər artıq bu yolun açılmasını tələb edirlər. Çünki onlar 2012-ci ildən etibarən Mərkəzi Hərbi Klinik Hospitalın çəpəri boyu çəkilmiş və dəmirlə bağlanmış dar cığırdan istifadə edirlər. Ancaq artıq Ceyhun Səlimov küçəsində yol təmirinin yekunlaşması ilə sakinlər də dəmir çəpərlərin qaldırılmasını Namiq Məlikov küçəsindən həmin küçəyə çıxan yollarının açılmasını istəyirlər.
Bu barədə hazırladığımız video-reportajı təqdim edirik: