Kivi, kartof və almanı qabıqlı yeyin! – BU XƏSTƏLİKLƏRLƏ MÜBARİZƏ APARIR


Həkimlər və mütəxəssislər hər zaman vitaminlər meyvənin qabığında olur desələr də, bir çoxları bu deyilənə əməl etmirlər. Meyvə və tərəvəzin qabığını soyaraq istehlak etmək hər kəsdə vərdiş halına gəlib desək yanılmarıq. Lakin, bəzi meyvə və tərəvəzlərin qabıqlarını soyaraq yemək, onların vitaminlərini zibilliyə atmaq deməkdir.
Yeniavaz.com qabıqlı yeyə biləcəyiniz meyvə və tərəvəzlərin siyahısını təqdim edir:

Kartof
Kartofun qabığı iç hissəsindən daha çox faydalıdır. Belə ki, lif, kalsium, fosfor, potasium və A vitaminləri ilə zəngindir. Lif həzmi asanlaşdırır, qəbizlik, bağırsaq xərçəngi və ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Bundan əlavə tərkibindəki K vitamini maddələr mübadiləsini sürətləndirir, bədənin kalium ehtiyacını ödəyir. 

Alma
Qabıqlı yeyilə biləcək meyvələrdən biri də almadır.  Almanın tərkibində çoxlu antioksidant var. Lakin araşdırmalar nəticəsində meyvənin özündən çox qabığında daha çox antioksidant olduğu məlum olmuşdur. Mütəmadi olaraq alma qabığı yeyən insanlarda, diabetə yoluxma riski azalır. Eyni zamanda, alma qabığı, xolesterini də aşağı salır və diş əti sağlamlığını qoruyur.

Badımcan
Tərkibində flavonoid olan badımcan qan təzyiqini azaltmağa kömək edir və xərçəng hüceyrələri ilə mübarizə aparır. Badımcan qabığının tərkibində B1 və B6 vitaminləri, kalium və maqnezium var. Buna görə də, mütəxəssislər badımcanları qabıqları ilə istehlak etməyi məsləhət görürlər.

Kivi
Kivi C, E, K vitaminləri, potasium və maqneziumla zəngin meyvədir. Üzəri tüklü olan bu meyvəni hər kəs qabığını soyaraq istehlak edir. Lakin aparılan araşdırmalar kivinin qabığının da faydalı olduğunu sübut etmişdir. Maraqlıdır ki, qabığın tərkibində 3 dəfə daha çox antioksidant var. Bundan əlavə, kivinin qabığı qida zəhərlənmələrinə səbəb olan bakteriyalarla mübarizə aparır. Meyvənin üzərindəki tüklərdən xilas olmaq üçün onu ilk öncə əllərinizlə ovub daha sonra yumalısınız.

DİGƏR XƏBƏRLƏR

Top