Yevlaxda DƏHŞƏT - 6 yaşlı uşaq ÖLDÜ - SƏBƏB

Yevlax rayonunun Xaldan kənd sakini, 2013-cü il təvəllüdlü İsmayılov Dəniz Vasif oğlu yıxılaraq xəsarət alıb.

Yeniavaz.com xəbər verir ki, İ. Dəniz valideynləri tərəfindən təcili olaraq Mingəçevir xəstəxanasına çatdırılıb. Buna baxmayaraq o, səhiyyə müəssisəsində, elə valideynlərinin yanında dünyasını dəyişib.  

Həkimlərin ilkin müayinəsi zamanı azyaşlının daxili qanaxmadan öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top