Güləş üzrə Dünya Çempionatı başlayır


Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürəcək.

İlk yarış günündə yunan-Roma güləşi üzrə qeyri-olimpiya çəki dərəcələri olan 55 kq, 63 kq, 72 kq və 82 kq-da mübarizə baş tutacaq.

Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli ötənilki dünya çempionluğu titulunu qorumağa çalışacaq. Onun 1/8 finala təsadüf edən ilk görüşdə rəqibi Hindistan təmsilçisi olacaq. Elman Muxtarov isə eyni mərhələdə ermənistanlı Slavik Qalstyanla üz-üzə gələcək. Sənan Süleymanov və Rafiq Hüseynov isə mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Onlar müvafiq olaraq xorvatiyalı və moldovalı pəhləvanlarla qarşılaşacaqlar.

İlk yarış gününə yarımfinal görüşləri ilə yekun vurulacaq. Təsəlliverici və final görüşləri sentyabrın 14-də yekunlaşacaq.

55 kq

1/8 final. Eldəniz Əzizli - Manjet Manjet (Hindistan)

63 kq

1/8 final. Elman Muxtarov - Slavik Qalstyan (Ermənistan)

72 kq

Təsnifat. Sənan Süleymanov - Dominik Etlinger (Xorvatiya)

82 kq

Təsnifat. Rafiq Hüseynov - Mihail Bradu (Moldova)

Qeyd edək ki, dünya çempionatı "Barıs Arena"da keçiriləcək.(report)

DİGƏR XƏBƏRLƏR

Top