Səudiyyə kralının qızına Fransada şərti cəza kəsildi - 10 ay


Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın bacısı Həssa binti Salman Fransa məhkəməsi tərəfindən şərti olaraq 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Səudiyyə şahzadəsi şəxsi cangüdənindən 2016-cı ilin sentyabrında onun Parisdəki mənzilində təmir işləri aparmış sanitariya texnikası ustasını döyməyi xahiş edib.

Bildirilir ki, misirli usta həmçinin saatlarla təhqirlərə məruz qalıb. Belə ki, Həssa binti Salmanın cangüdənləri onu dizləri üstə durmağa və şahzadənin ayaqlarını öpməyə məcbur ediblər.

Şahzadə Həssa isə ustanı icazə olmadan onun şəkillərini və videogörüntülərini çəkməkdə günahlandırır.

Məlumata görə, Həssa binti Salman zorakılıqda iştirakda və qanunsuz olaraq azadlıqdan məhrum etməyə yardım göstərməkdə günahkar bilinib.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top