"Göl Əli" saxlanıldı - Keçmiş məhkəmə sədrini güllələməkdə şübhəli bilinir


Tovuzda sabiq məhkəmə sədrini güllələməkdə şübhəli bilinən şəxs tutulub.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb. 

F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top