Türkiyədə azərbaycanlını bıçaqladılar


Türkiyənin Antalya vilayətində baş verən davada azərbaycanlı şəxs bıçaqlanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə vilayətin Konyaaltı rayonun Liman məhəlləsində baş verib. Hacı Elbrus Hacılı adlı şəxslə kimliyi məlum olmayan bir şəxs əvvəlcə mübahisə sonra isə dava ediblər. Bu zaman həmin şəxs E. Hacılını ombasından bıçaqlayıb.
Yaralı dərhal Akdeniz Universitetinin xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti normaldır.
Polis əməkdaşları isə hazırda E. Hacılını bıçaqlayan şəxsi axtarırlar.

DİGƏR XƏBƏRLƏR

Top