Azərbaycanda it 5 yaşlı uşağın dodağını dişlədi


Sentyabrın 12-i axşam saatlarında Balakən rayonunun Talalar kənd sakini, 2015-ci il təvəllüdlü Onur Abdulla oğlu Abdullayev it dişləməsi xəsarəti ilə rayon xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, 5 yaşlı O.Abdullayevə yaşadığı ünvanda saxlanılan it hucum edib.

İt O.Abdullayevin üst dodağından dişləyərək xəsarət yetirib.

O.Abdullayevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.(APA)

DİGƏR XƏBƏRLƏR

Top