22 yaşlı ata 11 aylıq övladını çaya atdı - FOTO


İngiltərədə 22 yaşlı ata 11 aylıq körpəsini çaya atıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ata həyat yoldaşı ilə evdə mübahisə etdikdən sonra əsəbiləşərək 11 aylıq körpəsini götürərək evdən çıxıb. Bir müddətdən sonra isə uşağı çaya ataraq, bara içki içməyə gedib.
Ətrafdakı insanlar körpəni sudan çıxartsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Övladının ölümündən sonra ana “Fecbook”da hislərini belə ifadə edib: “ Bu gün övladımı itirdim. Balaca oğlumu çox sevirdim, onun yasını tutmağıma icazə verin. Bəli, həyatdayam və yaşayıram, amma kaş ki, mən də ölsəydim”.

DİGƏR XƏBƏRLƏR

Top