Təyyarə havada alovlandı – Sərnişinlər ailələri ilə vidalaşdılar


Kanadanın Abbotsford şəhərindən Edmontona gedən "Boeing 737" tipli təyyarə havada alışıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat verib.

Məlumata görə, hadisə təyyarə hava limanından yola düşdükdən bir müddət sonra baş verib. Hadisəyə səbəb təyyarənin mühərrikinə quş sürüsünün girməsi olub. Təyyarənin alovlanndığını görən sərnişinlər ailə və dostlarına zəng edərək vidalaşıblar.

Belə ki, təyyarədə olan Fadl Abu Qanem adlı turist anasına, “Ölüm yaxınlıqladır. Təyyarəmizdə problem yaranıb. Mən səni sevirəm"- mesajını yazıb.

Lakin, daha sonra təyyarə Abbotsford hava limanına insan itkisi olmadan eniş edib. Təyyarədə 176 sərnişin olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top