Uşaqların məsciddəki nümunəvi hərəkəti - VİDEO


Türkiyədə din mədəniyyəti və əxlaq bilgisi müəllimi məsciddə 100 TL (təxminən 30 manat) tapdıqdan sonra kamera görüntülərini izləyəndə göz yaşlarını saxlaya bilməyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, din mədəniyyəti və əxlaq bilgisi müəllimi Mətin Yıldırım məsciddən tapdığı 100 TL-nin kimə aid olduğu öyrənmək üçün təhlükəsizlik kameralarını izləyib. Orada bir qrup uşağın həmin pulu küçədən tapdıqdan sonra gətirib məscidin içinə qoyduqları görülür. Mətin Yıldırım həmin uşaqların pula toxunmadıqları və nümunəvi hərəkət etdiklərini qürurla izlədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top