2019-cu ilin sonlarında hansı filmlər təqdim olunacaq?


Ömründə bircə dəfə də olsa filmə baxmayan şəxs yəqin ki, tapılmaz. Elə məhz film sahəsinə olan maraqdan dolayı dünyada bu sahə hər ilk inkişaf etməkdə davam edir. Son illər ərzində ölkəmizdə də yerli və xarici filmlərə maraq böyükdür. Buna görə də hər il kinoteatrlara həm yerli, həm də xarici filmlər gətirilir. Bəs 2019-cu ilin sonlarında vizyona hansı filmlər girəcək?
Yeniavaz.com sözügedən filmləri təqdim edir:

"Fırıldaqçılar"
Komediya, triller, drama janrdında çəkilən filmdə baş rollarda  Cennifer Lopez, Lili Reynxart, Kardi Bi iştirak edir. Onlar cəlbedici, və eyni zamanda iddialıdırlar. Həmçinin, müştərilərinin məşhur “Wall Street” maliyyəçiləri olan elit klubun rəqqaslarıdır. Lakin bank böhranı qəflətən qızların yığıb topladıqları pulları toz halına gətirəndə, uğursuzluğa düçar olan rəfiqələr qisas almaq istəyirlər. Yenidən dəbdəbəli və məftunedici həyat sürmək üçün itirilmiş pulları necə qaytarmaq barədə cəsarətli plan hazırlayırlar. 110 dəqiqəlik film 12 sentyabrdan etibarən kinoteatrlarda vizyona girəcək.

"Təyinat nöqtəsi"
12 sentyabrdan vizyona girən filmlərdən biri də  “Təyinat nöqtəsidir”. Rejissoru Lars Klevberq olan film qorxu filmi janrındadır.  Antik bir mağazada çalışan lisey şagirdi Byordun əlinə Polaroid kamerası düşür. Qız dərhal həmkarının şəklini çəkir və sonradan rəfiqəsi onu şəkil çəkdirməyi sevənlərin yer aldığı partiyə aparır. Həmin axşam Byor mağazada olan oğlanın öldüyünü öyrənir. Daha sonra partini keçirən şəxsin öldüyünü biləndə isə Byord növbəti öləcək şəxsin kim olduğunu təxmin edir. Şeytan cihaz obyektivinə tuş gələn hər kəsi öldürür. Nələrin baş verdiyini tapmaq üçün bir qrup yeniyetmə hadisələrin səbəbini araşdırır. Gənclər böyük təhlükədədir, çünki lənətlənmiş fotoaparat onları da məhv edə bilər.

"Sonuncu pərdə"
Rejissoru Emil Quliyev olan “Pərdə” filminin növbəti və sonuncu bölümü “Sonuncu Pərdə” 18 oktyabrdan vizyona girəcək. Əsas rollarda aktyor Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkilib. Rejissorun çəkdiyi “Pərdə” filmi ilk çəkdiyi bölümdən etibarən böyük səs-küy yaratmış və izləyicilər tərəfindən bəyənilmişdir. Rejissor bu ilin mart ayında maliyyə baxımından filmin çəkilməyəcəyini demişdi. Lakin, filmin çəkilişləri başa çatıb. Mediada yayılan məlumatlara əsasən, onu da qeyd edək ki, sözügedən ekran əsərinin çəkilişlərinin başlanmasına 10 gün qalmış maliyyələşdirilməsi kəskin şəkildə dayandırılıb. Bundan sonra çəkiliş heyəti heç bir sponsor olmadan filmi çəkməyə qərar verib. Rejissor bildirib ki, bir çoxları incəsənət naminə pulsuz işləməyə razılaşıb. İctimai kanalın direktoru Balaş Qasımov filmi tam olaraq pulsuz çəkmək üçün onları avadanlıqla təmin edib.

Filmin təsviri:
"Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?"
Bu ay yayımlanan filmlərdən “Qaynana” və “Əfsanə qayıdır”-ın adlarını çəkmək olar. Qey edək ki, bu filmlər ötən il vizyona girmib və bu il yenidən yayımına başlanılıb.

“Jara” romantik komediya
“Jara” adı yəqin ki, bir çoxlarımıza məlumdur. Emin Ağalarovun başçılığı ilə Azərbaycana gətiriən yay müsiqi festivalının filmi də çəkilib. Film artıq 5 sentyabr tarixində kinoteatrlarda nümayiş olunub. Romantik komediya janrında olan filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur. Filmin çəkilişləri “JARA” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, Emin Ağalarov, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər. Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “JARA” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

DİGƏR XƏBƏRLƏR

Top