“Forbes” milyarderlərin reytinqini yenilədi: siyahıda azərbaycanlı da var

“Forbes Real Time” jurnalı Rusiyanın ən varlı iş adamlarının yeni reytinqini açıqlayıb və onların sərvəti haqqında məlumat verib.

Yeniavaz.com xəbər verir ki, “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov siyahıda üçüncü olub.

Onun təxminən 21,2 milyard dollar sərvəti olduğu iddia edilir.

Reytinqdə birinci yeri isə 26,2 milyard dollarla “Novatek” və “Sibur” şirkətlərinin prezidenti Leonid Mikelson tutur. Biznesmen Qennedi Timçenko 22,1 milyard dollarla ikinci yerdə qərarlaşıb. Qeyd edək ki,o, Rusiya prezidenti Vladimir Putinin dostudur.

Dördüncü yeri 20,8 milyard dollarla Vladimir Lisin, beşinci sıranı isə 20.4 milyard dollarla Aleksey Mordaşov tutub. 

DİGƏR XƏBƏRLƏR

Top