Bakı-Qazax yolununda qəza - FOTO


Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, qəza zamanı "BMW" markalı minik avtomobili "VAZ-2106"ya çırpılaraq idarəetmədən çıxıb və magistral yolun kənarına düşüb.

Qəza nəticəsində ciddi ziyan dəyən avtomobillərdə olan sərnişinlərin yüngül xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top