Mingəçevirdə yeni tədris iliylə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir


Yeni tədris ilinin başlanması ərəfəsində Mingəçevir şəhərində yerləşən təhsil müəsissələri ətarfında təhlükəsizlik tədbirləri gücləndirilir.
Yeniavaz.com xəbər verir ki, şəhərdə yerləşən məktəblər, uşaq bağçaları, körpələr evləri, kolleclər və unversitet qarşısında piyadaların təhlükəsizliyi üçün kompleks tədbirlər həyata keçirilib, bir sıra yeniliklər tətbiq olunub. 8 istiqamətdə köhnə piyada keçidi nişanları müasir işıqlandırma imkanlarına malik günəş panelli nişanlarla əvəzlənib. 35 dən artıq piyada keçidi rənglənib. Nəqliyyatın hərəkətinin sıx olduğu təhsil müəsissələri yaxınlığında ilk dəfə olaraq yeni piyada keçidləri salınıb.
Siqnal İdarəsi ilə birgə həyata keçirilən tədbirlərin yollarda təhlükəsizliyin gücləndirilməsinə hesablandığını bildirən Dövlət Yol Polisinin Mingəçevir bölməsinin rəisi polis mayoru Cəmşid Abbasov deyib:
“Biz  yeni keçidləri salmazdan öncə ərazidəki təhlükəsizlik vəziyyətini tam təhlil etmişik. Hesab edirik ki, yeni keçidlər və günəş panelli yol nişanları sürücü və piyadaların təhlükəsizliyi üçün önəmli faktor  olacaq. Bununla belə hər iki tərəf Yol Yərəkəti Qaydalarının tələblərinə hər zamankindən daha məsuliyyətli yanaşmalıdır. Çünki nişanlar o zaman təsirli olur ki, ondan istifadə edən şəxslər diqqət və məsuliyyət nümayiş etdirir”.
Qeyd edək ki, həyata keçirilən təhlükəsizlik tədbirləri qarşıdakı iki gün ərzində başa çatdırılacaq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top