Maykl Cordan 1 milyon dollar bağışladı

Məşhur baskotbolçu Maykl Cordan "Dorian" qasırğasından əziyyət çəkənlərə maddi yardım edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Baham adalarında qasırğa səbəbilə dağılan yaşayış məskənlərinin yenidən inşa edilməsinə hazırlıq görülür. Maykl Cordan bu istiqamətdə 1 milyon dollar yardım etdiyini bildirib. Basketbolçu baş verən hadisələrlə bağlı təəssüf hissi duyduğunu söyləyib: "Baham adaları sakinləri olduqca güclüdür. Ümid edirəm etdiyim maddi yardımın onların yaralarının sağalmasında köməyi olar".

Qeyd edək ki, Baham adalarında baş verən "Dorian" qasırğası nəticəsində 40-dan çox insan dünyasını dəyişmiş, yüzlərlə insan yaralanmışdı. Ölkədə həmçinin minlərlə ev, iş yerləri, hava limanı yararsız hala düşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top