Zelenskidən daha bir vacib qərar


Ukrayna prezidenti Vladimir Zelenski, 2020-ci il yanvarın 1-dən parlament toxunulmazlığının ləğvi haqqında qanunu imzaladı.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA novosti” məlumat verib.
Məlumata görə, Ukrayna Konstitusiyasının 80-ci maddəsinə (Ukrayna xalq deputatlarının toxunulmazlığı ilə əlaqədar) dəyişikliklər edən 7203 nömrəli qanun layihəsi Ali Radada ikinci oxunuşda təsdiqlənib.
Qanun layihəsinin təsdiqlənməsi üçün minimum 300 səs tələb olunsa da, parlamentin iclasında 373 deputat qanun layihəsinin lehinə səs verib.
Yeni düzəliş Ukrayna Konstitusiyasının 80-ci maddəsindən millət vəkillərinin toxunulmazlığı, habelə deputatların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna və həbs oluna bilməyəcəyinə zəmanət verən bəndin çıxarılmasını nəzərdə tutur.  Bununla yanaşı, deputatlar əvvəlki kimi səsvermənin nəticələrinə, təhqir və böhtan istisna olmaqla parlamentdə səsləndirdilkəri fikirlərə görə hüquqi məsuliyyət daşımayacaqlar.
Qeyd edək ki, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top