Bir vaxtlar işə götürülmürdü, dünyada 21-ci ən varlı adam oldu


Dünyanın ən böyük elektron ticarət şirkətinin qurucusu Jak Manın istefa verməsilə, maraqlı həyat hekayəsi ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ən məşhur elektron ticarət şirkətlərindən biri "Alibaba"nın qurusu Jak Manın universiteti bitirdikdən sonra uzun müddət maddi sıxıntılarla yaşadığı ortaya çıxıb. Jak Ma 1988-ci ildə "Hangzhou" müəllimlik institutunun ingilis dili müəllimliyi ixtisasını bitidikdən sonra 30 ayrı şirkətə iş müraciəti edib. Ancaq hamısından rədd cavabı alıb. Daha sonra "fast food" restoranlar şəbəkəsinə gedərək çalışmaq istədiyini bildirib ancaq götürülən 26 nəfərin içərisində təkcə onu işə qəbul etməyiblər. Çarəsiz qalaraq bir müddət də iş axtarmağa başlayıb və polis olmaq qərarına gəlib. Ancaq müraciət edən 5 nəfər içərisində yenə Jak Madan başqa hamı işə götürülür. Ona isə polis olmağa uyğun olmadığı deyilib. Daha sonra təhsilini davam etdirmək istəyib və Harvard Universitetinə müraciət ünvanlayıb. Ancaq ayrı-ayrı vaxtlarda 10 dəfə Harvarddan da rədd cavabı alıb. Ma, bağlanan qapıların ona çox vacib dərs verdiyini söyləyir. 1995-ci ildə çətinliklə pul tapıb, ABŞ-a yollanıb və internet barədə məlumatlarla tanış olub. Daha sonra Çinə qayıdan Jak Ma 1999-cu ildə elektron ticarət şirkətini qurub...
Jak Ma hazırda 38 milyard dollarlıq sərvəti ilə dünyanın 21-ci ən varlı adamdır. 17 dostu ilə birgə qurduğu "Alibaba" isə 490 milyard dollarlıq dəyərə sahibdir. Dünən 80 min nəfərin iştirakı ilə təşkil edilən konsertdə Ma mahnı oxuyaraq qurduğu şirkətlə vidalaşıb.

DİGƏR XƏBƏRLƏR

Top