"Usaqpulu verilmir" məntiqini qəbul etmək istəmirəm - Əli Əhmədov


“Azərbaycanda xeyli insan ünvanlı sosial yardım alır. Bundan faydalananların çoxu da çoxuşaqlı ailələrdir. Bu mənada “usaqpulu verilmir” məntiqini qəbul etmək istəmirəm”. 

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr əksər hallarda həm də aztəminatlı ailələrdir. Beləliklə Azərbaycanda usaqpulu verilmir fikrinin ortaya qoyulması düzgün olmazdı. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamayıb. Əgər siz bunu uşaqpulu formasında ifadə etmək istə irsinizsə, bu məsələ araşdırıla və müvafiq qərar qəbul edilə bilər”. 
Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt almaları mexanizmləri və formaları mövcuddur. (APA)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top