Satıcı deyir ucuz satıram, alıcı deyir bahadır - Məktəbli BAZARLIĞI


Artıq yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Övladı dərsə gedəcək valideynlər övladları üçün məktəbli ləvazimatı almaq üçün kimisi ən ucuz çanta axtarır, kimisi də boğazından kəsib övladına keyfiyyətlisini almağa çalışır.
Mingəçevirdə hansı məktəbli ləvazimatları satılan mağazanın qapısını açırsan, hansı yarmarkaya nəzər yetirirsən, görürsən ki, valideynlər övladları üçün əl-ayağa düşüblər. Yeniavaz.com olaraq bir məktəblinin tam hazır vəziyyətdə məktəbə getməsi üçün orta hesabla nə qədər pul lazımdır sualı ilə valideyinlərə müraciət etdik. Mağazaların, yarmarkaların önündə ilk görnüşdən aydın oldu ki, hətta övladına məktəbli ləvazimatı almaq üçün şəhərə yaxın bölgələrdən də gələnlər var idi. Valideyinlərdən bir neçəsi imkansız ailə olduqları üçün iki uşaq üçün məktəbli ləvazimatı almaq üçün 150 manat civarında ləvazimat alacaqlarını bildirdilər: "İki övladı bu il məktəbə yola salacağıq. Amma evdə bir nəfər işlədiyindən bizim 150 manatlıq hər iki uşaq üçün həm çanta, həm paltar, həm də dərs ləvazimatı almalıyıq. Amma bir kitab üzünün qiyməti 30 qəpik, 12 vərəqli dəftər 20-30 qəpik, 40 vərəqli dəftər 50-55 qəpik hələ geyim, çantanı almamışıq. Heç bilmirəm bu pulla mən iki uşağı məktəbə necə yola salacam. Qiymətlər ötən ilə nisbətən çox bahalaşıb. Buna da bizim kimi imkansız ailələrin gücü çatmır".
Alıcılardan fərqli olaraq satıcılar isə gileyləndi ki, hazırda alıcılıq qabiliyyəti aşağıdır, biz paytaxt Bakıdan fərqli olaraq məktəbli ləvazimatlarını daha ucuz veririk. Çalışırıq ki, hər alınan dərslik ləvazimatlarının qiymətindən aşağı da düşürük dedilər.

Digər alıcı valideyin İlham Məmmədov isə deyir ki, bir şagirdin təkcə dərslik ləvazimatına, paltarı daixil  150 manat lazım olur: "Çox baha başa gəlir. Hər ildən ilə qiymətlərdə fərq özünü göstərir. Mən bir uşaq üçün 250 manat pul xərcləmişəm. Təbii ki, çalışmışam ki, hər şeyin keyfiyyətləsini alım. Təkcə bir çantaya 50 manat vermişəm".
Qeyd edək ki, Mingəçevirin bəzi mağazalarında ən ucuz karandaşların qiyməti 80 qəpikdir. Nisbətən keyfiyyətli rəngli karandaşların qiyməti 5 manatdan başlayır,  rəsm albomlarının qiyməti isə 1 manatdan başlayır. Ən ucuz çantanın qiyməti isə 15-20 manatdır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top