Taliblərdən ABŞ-a 11 sentyabr "sürpriz"i


ABŞ-ın Əfqanıstanın Kabildəki səfirliyinin yaxınlığında partlayış olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, səfirliyin yaxınlığında raket partlayışı olub. Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan sonra Kabilin mərkəzində tüstü müşahidə olunub. Partlayış nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Hadisədə “Taliban” terror təşkilatı şübhəli bilinir.
Qeyd edək ki, partlayış 11 sentyabr teraktın 18-ci ildönümünə təsadüf edir.

DİGƏR XƏBƏRLƏR

Top