Arda Turana 2 il 8 ay həbs cəzası verildi - SƏBƏB


Türkiyədə müğənni Berkayı döyən və silahla hədələyən dünyaca məşhur futbolçu Arda Turana məhkəmə 2 il 8 ay həbs cəzası verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə heyəti A. Turana ümumi təhlükəsizliyi pozduğuna görə 10 ay, qanunsuz silah daşımağa görə 10 ay həbs və 1750 lirə (515 azn) pul cəzası, qəsdən adam yaralamağa görə isə 1 il 15 gün olmaqla ümumilikdə 2 il 8 ay 15 gün həbs cəzası verib.
Futbolçu cinsi zorakılıq maddəsindən isə bəraət alıb. Ancaq məhkəmə heyəti cəzanın təxirə salınmasına qərar verib. Növbəti belə hal təkrarlandığı təqdirdə məhkəmənin A. Turana verdiyi cəza tətbiq olunacaq.
Müğənni Berkay Şahinə isə Arda Turanı təhqir etdiyinə görə heç bir cəza verilməyib.
Qeyd edək ki, B. Şahin və A. Turan ötən ilin oktyabrında gecə klublarından birində dalaşmışdılar. B. Şahin futbolçunun həyat yoldaşına sataşdığını iddia etmişdi. Daha sonra məsələ xəstəxanada da davam etmişdi. Belə ki, A. Turanın qanunsuz silahla xəstəxanaya gedərək müğənnini təhdid etməsi təhlükəsizlik kameraları tərəfindən lentə alınmışdı.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top