Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 10 nəfərə, yaralıların sayı isə 7 nəfərə çatıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Bitlis valisi Oktay Çağatay bildirib.
***12:18
Türkiyədə mikroavtobusun yol kənarına aşması nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb.Yeniavaz.com xəbər verir ki, hadisə Türkiyənin Bitlis əyalətində baş verib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.