Türkiyədə iki nəfər 63 yaşlı taksi sürücüsünü qətlə yetirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda bir neçə nəfər arasında çıxan mübahisə cinayətlə nəticələnib. Kim olduqları bilinməyən iki gənc, 63 yaşlı taksi sürücüsü ilə mübahisə etməyə başlayıb. Qısa müddət sonra mübahisə davaya çevrilib. Həmin şəxslər yaşlı kişini döyməyə başlayıblar. Ağır zərbələr alan adam yerə yıxılıb. Cinayətkarlar bununla kifayətlənməyib, yerə yıxılan yaşlını təpik və yumruqla vurmağa davam ediblər. Sürücü, aldığı zərbələrdən sonra dünyasını dəyişib. Dəhşətli cinayətin görüntüləri anbaan təhlükəsizlik kameralarına yansıyıb.